Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İş adamları göstərilən qayğıdan razıdırlar

Bakının Nizami rayonu ərazisində yerləşən ticarət mərkəzində baş vermiş yanğın bir daha göstərdi ki, dövlətimiz bu cür hadisələr zamanı çətin vəziyyətə düşən öz vətəndaşını tək qoymur, ona ən yüksək səviyyədə maddi və mənəvi dəstək göstərir.

Şübhəsiz ki, belə münasibətə görə xalqımız da öz Prezidentinin ətrafında sıx birləşir, dövlət başçısının atdığı addımları yüksək minnətdarlıq hissi ilə qarşılayır.
Bəli, elə buna görə də hazırda ölkəmizdə çox möhkəm əsaslara malik “xalq – iqtidar” birliyi, həmrəyliyi yaşanır. Xalqımız Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti öz əməli fəaliyyəti ilə dəstəkləyir, dövlətimizin başçısına çox böyük etimad bəsləyir. 
Sözügedən yanğın hadisəsi zamanı zərərçəkən Tariyel Ələkbərov iş adamlarına göstərilən qayğını yüksək dəyərləndirdi: – Əvvəla onu vurğulayım ki, bu gün cəmiyyətimizdə hər bir vətəndaş tutduğu mövqedən asılı olmayaraq, dövlətin diqqətini öz həyatında qabarıq hiss edir. Təbii ki, belə qayğı günbəgün artır. Bu isə həyata keçirilən uğurlu sosial siyasətin məntiqi nəticəsidir.
Onu da deyim ki, hələ ticarət mərkəzində yanğın baş verən anda əmin idim ki, cənab Prezident bizi bu bədbəxt hadisə ilə üzbəüz buraxmayacaq. Məsələyə müdaxilə edəcək, münasibət bildirəcək, qarşılaşdığımız zərərin ödənilməsinə yardımçı olacaq. Çünki bundan əvvəl də belə hadisələr baş vermişdi və o zaman dövlətimizin başçısı zərərçəkənlərin problemlərinə həssas münasibət bəsləmişdi. 
Hadisənin gedişi göstərdi ki, zənnimdə yanılmamışdım. Cənab İlham Əliyev problemin ağırlığını dövlətin üzərinə götürməsi barədə verdiyi qərar hadisə nəticəsində zərərçəkən bütün iş adamlarının, o cümlədən mənim də ürəyimdən oldu. Belə həssas münasibətə, qayğıya görə, ölkə rəhbərinə bir daha öz təşəkkürümüzü bildiririk. Möhtərəm Prezident bu addımı ilə xalqın problemlərinə necə diqqət göstərdiyini, vətəndaşların mənafeyinin müdafiəçisi olduğunu bir daha sübut etdi.
Digər zərərçəkən Xəyal Laçınov isə dedi: – Ölkə rəhbərinin tapşırığına əsasən, paytaxtda yerləşən ticarət mərkəzlərinin rəhbərləri ilə görüşlərimiz təşkil edildi. Bir sıra ticarət mərkəzlərində boş qalmış satış yerləri bizə təqdim olundu. Eyni zamanda, ticarət mərkəzlərində zərərçəkənlərdən ilk 4-5 ay ərzində icarə haqqı alınmayacağına söz verildi. Bütün bunlarla bərabər, möhtərəm Prezidentimizin müvafiq sərəncamı ilə ayrılan vəsait hesabına maddi yardım göstərilməsi, uzunmüddətli güzəştli kreditlərin təklif olunması da biz iş adamlarının dövlət başçısına olan rəğbətini daha da artırdı.
Sonda onu da, etiraf edim ki, bu yanğın hadisəsi, həm də biz iş adamlarına ciddi bir dərs oldu. Bundan sonra harada fəaliyyət göstərəcəyimizə baxmayaraq, təhlükəsizlik məsələlərini diqqət mərkəzində saxlayacağıq. Biznes sektorunda sığorta maarifləndirilməsinə mühüm önəm verəcəyik.
Bəli, acı təcrübə də sübut etdi ki, sahibkar baş verə biləcək bu kimi bədbəxt hadisələrdən daha az zərərlə çıxa bilməsi üçün, ilk növbədə, malını, mülkünü sığortalamalıdır. 

 

“Xalq qəzeti”

2 2019 23:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə