Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Statistika Komitəsi BMT-nin Əhali Fondu ilə əməkdaşlığın prioritetlərini müzakirə edib

Dövlət Statistika Komitəsi ilə BMT-nin Əhali Fondunun (UNFPA) gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Komitədən bildirilib ki, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov aprelin 2-də BMT-nin Əhali Fondunun Türkiyədəki nümayəndəsi, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə ölkə direktoru Karl Kulessa ilə görüşüb. 
Görüşdə Dövlət Statistika Komitəsi ilə UNFPA arasında gələcək əməkdaşlıq perspektivləri və oktyabrın 1-10-da Azərbaycanda keçiriləcək əhalinin siyahıyaalınmasına hazırlıq məsələləri müzakirə edilib.
Tahir Budaqov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafının dayanıqlı və sistemli xarakter daşıdığını, ölkə iqtisadiyyatının bütün sahələri kimi milli statistika sisteminin də inkişaf etdiyini və daim təkmilləşdirildiyini qeyd edib. 
Komitə sədri oktyabrın 1-10-da ölkəmizdə keçiriləcək əhalinin siyahıyaalınmasına hazırlıq işləri barədə də ətraflı məlumat verib. Bildirib ki, ötən ilin oktyabrında Qəbələ rayonunda keçirilmiş sınaq siyahıyaalınması zamanı əldə edilən təcrübədən əsas siyahıyaalınmanın daha yüksək səviyyədə təşkili üçün istifadə olunacaq, hazırda isə Təqvim planında nəzərdə tutulmuş tədbirlər uğurla icra edilir.       
K.Kulessa UNFPA-nın Azərbaycanın bir sıra dövlət qurumları, o cümlədən Dövlət Statistika Komitəsi ilə fəal əməkdaşlıq etdiyini qeyd edib. O, Azərbaycanda keçiriləcək əhalinin növbəti siyahiyaalmasına hazırlıq işlərini də yüksək qiymətləndirib, hər cür dəstəyə hazır olduqlarını vurğulayıb.  
Görüşdə Dövlət Statistika Komitəsi ilə UNFPA arasında birgə əməkdaşlığın prioritetləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.    

 

 AZƏRTAC

2 2019 23:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə