Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir

Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin bir bareli 69,19, Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin bir bareli 61,59, Azərbaycanın “AzeriLight” markalı neftinin bir bareli 70,69 dollar olub.
Ekspertlər bildiriblər ki, OPEC + ölkələri mart ayında hasilatı sutkada daha 295 min barel azaldaraq 30,385 milyon barelə çatdırıblar.
Ən iri neft dövləti olan Səudiyyə Ərəbistanı isə son dörd ildə ilk dəfə olaraq hasilatı sutkada 9,82 milyon barel azaldıb.
OPEC+ ölkələrinin belə addımı istər-istəməz dünya bazarında “qara qızıl”ın bahalaşmasına səbəb olub.

 

Qəzənfər QASIMOV, 
“Xalq qəzeti”

2 2019 23:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə