Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya və Türkiyə ekspertləri Moskvada Suriya münaqişəsi ilə bağlı müzakirələr aparacaqlar

Bu il aprelin 4-də Moskvada “Suriyada sülh prosesləri çərçivəsində Rusiya-Türkiyə münasibətləri” mövzusunda panel iclasları başlayacaq. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

Qeyd edək ki, müzakirələr Türkiyə Prezidenti Administrasiyasının Xarici Əlaqələr İdarəsinin təşəbbüsü ilə “Türkiyə bu gün” “(Turkey Today”) panel iclasları çərçivəsində keçirilir. Yeri gəlmişkən, analoji panel müzakirələri  bundan əvvəl BMT Baş Assambleyası, Prezident Rəcəb Tayyib Ərdoğanın Berlinə səfəri, Buenes-Ayresdə “Böyük iyirmilər”in sammiti zamanı da təşkil olunub. Bundan başqa, London, Pekin, Şanxayda müxtəlif aktual mövzulara həsr olunan beynəlxaq tədbirlərdə  də “Türkiyə bu gün” mövzusunda fikir mübadiləsi aparılıb. 
Moskvada keçirilən panel müzakirələrində nüfuzlu rus və türkiyəli siyasi ekspertlərlə bərabər, aparıcı KİV və QHT təmsilçiləri, alim və iş adamları iştirak edəcəklər. Tədbirdə Suriya münaqişəsinin həlli yolları, region ölkələrinin təhlükəsizliyi, terrorizmlə mübarizə və sair məsələlər üzrə dəyərli təklif və tövsiyələrin səsləndiriləcəyi gözlənilir.  
Yeri gəlmişkən, Rusiya Prezidenti Vladimir Putin Türkiyədə bu il martın 31-də baş tutan bələdiyyə seçkilərində qələbəyə görə Prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək onu təbrik edib. Türkiyə dövlətinin başçısı diqqətə görə rusiyalı həmkarına təşəkkür edib. 

 

M.HACIXANLI, “Xalq qəzeti” 

2 2019 23:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə