Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ÜTT-nin proqnozu

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) proqnozuna görə, bu il qlobal mal mübadiləsi çoxsaylı münaqişələr səbəbindən aşağı templə inkişaf edəcək. Beynəlxalq ticarətin inkişaf tempi 2,6 faiz həcmində olacaq. Bu barədə “Euronews” agentliyi təşkilata istinadən məlumat yayıb. 
Məlumatda bildirilir ki, 2018-ci ildə beynəlxalq ticarət dövriyyəsinin 3 faiz artmasını nəzərə alaraq ÜTT cari ildə inkişaf tempinin 3,6 faiz artacağını proqnozlaşdırırdı.
ÜTT-nin baş direktoru Roberto Azevedo bildirib ki, hazırkı münaqişələr və ticari əlaqələrdəki gərginliyə görə, inkişaf tempinin aşağı düşməsi təəccüblü sayılmamalıdır.
Hazırda dünyanın ən böyük xalq təsərrüfatlarına malik olan iki dövlət - Çin və ABŞ arasında davam edən ticarət münaqişəsi ümumdünya mal dövriyyəsi üçün əsas risk hesab edilir. Bir-birinə əlavə gömrük rüsum və cərimələri, ticari məhdudiyyətlər tətbiq edən iki ölkə arasındakı bu münaqişə səngiməzsə, o zaman bu il ərzində ümumdünya ticari dövriyyəsinin inkişafı 1,3 faizə də düşə bilər.
Bildirilir ki, əgər münaqişə tez bir zamanda nizamlanarsa, o zaman idxal-ixracın inkişaf tempi 4 faizədək yüksələ bilər.
Qeyd olunur ki, ötən il dünyada mal dövriyyəsinin həcmi 19,48 trilyon ABŞ dollarına bərabər olub və enerji daşıyıcılarının qiymətinin artması dövriyyəyə müsbət təsir göstərib.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

2 2019 23:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə