Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pavel Klimkin: Avropa İttifaqına və NATO-ya doğru yolumuz dəyişməyəcək

Ukrayna prezidenti seçkilərinin ikinci turunda kimin qalib gəlməsindən asılı olmayaraq, ölkənin Avropaya və Avroatlantik məkana inteqrasiyası ilə bağlı siyasəti və kursu dəyişməyəcək. Bu barədə Ukraynanın xarici işlər naziri Pavel Klimkin CNBC telekanalına müsahibəsində bəyan edib. Məlumatı TASS verib. 
“Mən əminəm ki, xarici siyasətimizdə tam geri, sağa və sola dönüş olmayacaq. Ukrayna ictimaiyyəti heç kimə imkan verməz ki, ölkənin xarici siyasəti əsas istiqamətindən dönsün. Bu, Avropa İttifaqına və NATO-ya doğru yola da aiddir”, - deyə Klimkin bildirib.
Onun sözlərinə görə, Ukrayna-Rusiya münasibətlərində də heç nə dəyişməyəcək. Hazırda iki ölkə arasında baş verənlər əbədilikdir. “Söhbət bizim mentalitetdən, tarixdən, biz ukraynalılardan gedir. Ukrayna Aİ, NATO istiqamətində irəliləməkdə davam edəcək. Hansısa fərqlər, müvəqqəti çərçivələr ola bilər, ancaq strategiya nöqteyi-nəzərindən bu, yüz faiz həll olunub”. 
Xatırladaq ki, martın 31-də Ukraynada növbəti prezident seçkiləri keçirilib. Bülletenlərin 98 faizinin hesablanması nəticəsində məlum olub ki, “Xalqın xidmətçisi” Partiyasının yaradıcısı Vladimir Zelenski 30,24 faiz, hazırkı Prezident Petro Poroşenko isə 15,93 faiz səs toplayıb. Seçkilərin ikinci turu aprelin 21-də keçiriləcək. 
Məlumata görə, Prezident Poroşenko seçki kampaniyasında dəstək qazanmaq üçün Almaniyaya səfərə getməyi planlaşdırır. Seçkilərin birinci turundan sonra Almaniya Kansleri Angela Merkel Poroşenkoya zəng edərək, onu ikinci tura keçməsi münasibətilə təbrik edib. Merkelin partiyası isə Zelenskini yaxın 3 həftə ərzində nə uğrunda çıxış etdiyi və hansı partiyalardan dəstək aldığı barədə dəqiq məlumat verməyə çağırıb. 

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

2 2019 23:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə