Ən son xəbərlər
Niderlandda üzü bağlayan geyimlərin qadağan edilməsi ilə bağlı qərar cari ilin avqust ayının 1-də qüvvəyə minəcək. Bu barədə hökumətin yaydığı məlumatda bildirilir ki, ictimai nəqliyyat, məktəblər, xəstəxanalar və dövlət müəssisələrində pərəncə və niqab qadağan ediləcək. Qaydanı pozanları 410 avro cərimə gözləyir. Qeyd edək ki, bu qadağanı özündə əks etdirən qanunu 2016-cı ildə parlamentin ikinci palatası, 2018-ci ildə isə Senat qəbul edib.
Xəbəri BBC verib.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə