Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Enerji istehsalı və ixracı artıb

“Azərenerji” ASC bu ilin birinci rübündə 6 milyard 151 milyon kilovat/saat elektrik enerjisi istehsal edib.

ASC-dən bildirilib ki, bu, ötən ilin eyni rübü ilə müqayisədə 153 milyon kilovat/saat və ya 2,5 faiz çoxdur. Belə ki, ötən ilin birinci rübündə 5 milyard 998 milyard kilovat/saat elektrik enerjisi istehsal edilmişdi.

Bundan əlavə, elektrik enerjisinin ixracı da ötən ilin birinci rübü ilə müqayisədə artıb. Əgər 2018-ci ilin birinci rübündə qonşu ölkələrə 131 milyon kilovat/saat elektrik enerjisi ixrac edilibsə, cari ilin ilk rübündə 161 milyon kilovat/saat ixrac olunub. Bu isə 30 milyon kilovat/saat və ya 23 faiz artım deməkdir.

Keçən ilin birinci rübü ilə müqayisədə bu ilin eyni rübündə elektrik enerjisinin istehlakı 3,41 faiz artıb. Ən əsası isə ötən ilin martı ilə müqayisədə cari ilin eyni ayında istehlak 6,1 faiz çox olub ki, bu da kifayət qədər ciddi artım olmaqla yanaşı, elektrik enerjisinə artan tələbat tempinin getdikcə yüksəldiyini göstərir.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

2 2019 16:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə