Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu il çoxmərtəbəli binalar üzrə 5260 mənzildə təbii qazın açılması təmin olunub

Cari ilin yanvar-mart ayları ərzində çoxmərtəbəli binalar üzrə 5260 mənzildə təbii qazın açılması təmin edilib.

“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, birlik çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş işlərin nəticəsidir ki, birlik cari ilin yanvar-mart ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq müvafiq sənədləri təqdim olunan çoxmərtəbəli binalar üzrə təbii qazın verilməsini təmin edib. Həmin binalarda ümumilikdə 5260 ailə yaşayır.

“Azəriqaz” təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

2 2019 16:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə