Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Salyanın 12 yaşayış məntəqəsində əhalinin kütləvi tibbi müayinəsi yekunlaşıb

Salyanda əhalinin pulsuz kütləvi tibbi müayinəsi uğurla davam edir. Aksiya başlanandan – fevralın 12-dən bu günə kimi 34 min 849 nəfər rayon sakini tibbi müayinədən keçirilib.

Rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsinin müdiri İsrafil Məmmədov  bildirib ki, humanitar aksiya rayon üzrə 74 min 827 nəfəri əhatə edir. Əhalinin tibbi-profilaktik müayinədən keçirilməsi üçün rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsində 3 daimi, 1 səyyar həkim briqadası yaradılıb. Bununla yanaşı, rayon mərkəzi xəstəxanası, qəsəbə və kənd səhiyyə ocaqlarının tibb işçiləri də kampaniyaya cəlb ediliblər. Həkimlər tərəfindən terapevt, rentgen, göz, dəri və digər xəstəliklər müayinə olunur. Artıq 12 yaşayış məntəqəsində müayinələr başa çatıb, 24 kənddə isə davam edir.

Müayinələr zamanı xəstəlik aşkarlanan 2393 nəfər ambulator, 74 nəfər stasionar müalicəyə cəlb olunub. Doqquz nəfər üzərində cərrahiyə əməliyyatı aparılıb. Rayon şəraitində müalicəsi mümkün olmayan 42 xəstə isə Bakı şəhərindəki ixtisaslaşdırılmış klinikalara göndərilib.

Sakinlər humanitar aksiyanı ölkəmizdə əhalinin sağlamlığına göstərilən qayğının bariz nümunəsi kimi dəyərləndirirlər.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

2 2019 15:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə