Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya-Yaponiya strateji dialoqu keçirilir

Tokioda Yaponiya Xarici İşlər Nazirliyinin "İikura" qəbul evində Rusiya ilə strateji dialoqun 15-ci raundu başlayıb.

Görüşdə iştirak edən Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin birinci müavini Vladimir Titov, Yaponiya təmsilçilərinə isə Akiba Takeo rəhbərlik edir.

Görüşdə strateji əhəmiyyət kəsb edən ikitərəfli və regional məsələlər müzakirə ediləcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevral ayında Münxen Təhlükəsizlik Konfransı zamanı Yaponiyalı həmkarı Taro Kono ilə görüşərkən dialoqun keçiriləcəyi barədə açıqlama vermişdi.

Qeyd edək ki, Rusiya-Yaponiya strateji dialoqu 2007-ci ildən başlayıb. Sonuncu dəfə dialoq ötən il Moskvada keçirilmişdir.

Qeyd edək ki, Moskva və Tokio artıq on illərdir ki, İkinci Dünya müharibəsinin nəticələrinə dair sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar aparırlar.

 

“Xalq qəzeti”

2 2019 15:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə