Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan tarixi torpaqlarının bir qarışını da güzəştə getməyəcək

Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan tarixi torpaqlarının bir qarışını da güzəştə getməyəcək

Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan tarixi torpaqlarının bir qarışını da güzəştə getməyəcək. Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Xanlar Fətiyev deyib.

Millət vəkili bildirib ki, Azərbaycan son 15 ildə bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də böyük nailiyyətlər qazanıb. Bu gün Azərbaycanın müasir silahlar və texnika ilə təchiz olunmuş ordusu var və ordu quruculuğu prosesi təkcə maddi-texniki təminatla məhdudlaşmır. Əsgər-zabit heyətinin mənəvi-psixoloji durumu, döyüş qabiliyyəti çox yüksək səviyyədədir: "2016-cı il aprel döyüşlərində Azərbaycan Ordusu bütün dünyaya sübut etdi ki, Ali Baş Komandanın əmri ilə tez bir zamanda işğal olunmuş torpaqları azad etməyə qadirdir. Bunu işğalçı dövlətin rəhbərləri də çox yaxşı dərk edir. Azərbaycanın iqtisadı gücü və potensialı, gündən-günə inkişaf etməsi, Prezident İlham Əliyevin və ölkəmizin dünya liderləri arasında böyük nüfuza sahib olması Ermənistan rəhbərliyini yenidən substantiv danışıqların aparılması üçün danışıqlar masasına oturmağa məcbur etdi".

Martın 29-da Azərbaycan və Ermənistan liderlərinin görüşünə toxunan X.Fətiyev qeyd edib ki, Prezident İlham Əliyev Vyana görüşündə bir daha Azərbaycanın dönməz iradəsini ortaya qoydu: "Dövlətimizn başçısı bildirdi ki, danışıqlar prosesinin formatı dəyişməz qalacaq və danışıqlar yalnız Ermənistanla Azərbaycan arasında aparıla bilər. Hesab edirəm ki, bu görüş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yaranmış fasiləni aradan qaldırdı. 2016-cı il aprel döyüşlərindən sonra ikitərəfli danışıqların aparılmasına müxtəlif bəhanələrlə mane olmağa çalışan Ermənistan Prezident İlham Əliyevin çox uğurlu diplomatik fəaliyyəti sayəsində qeyd-şərtsiz danışıqlar masasına qayıtmağa məcbur oldu".

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və uğurlu siyasəti Azərbaycanın qələbəsi ilə nəticələnəcək: “BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 822, 853, 854 və 884 saylı qətnamələri qəbul edərək Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təsdiq edib və işğalçı qüvvələrin ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Artıq bütün dünya bilir ki, Azərbaycan tarixi torpaqlarının bir qarışını da güzəştə getməyəcək. Bunu aprel döyüşləri də bir daha sübut etdi”.

2 2019 14:45 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə