Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsi başlayır

İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsi başlayır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 yanvar tarixli Sərəncamına əsasən, 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tədbirlər planı hazırlanıb.

Tədbirlər planına uyğun olaraq, Aprelin 2-17-i  ADMİU-da Azərbaycan bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsimiyə ithaf olunan “Hüsnü-cəmal, əqli kamal” adlı ali məktəblərarası bədii qiraət müsabiqəsi keçiriləcək. Bu barədə ADMİU-nun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, aprelin 2-i başlayan müsabiqəyə Nəsiminin şeirləri və Nəsimi irsinə həsr olunmuş əsərlər təqdim olunub. Müsabiqədə həmçinin azərbaycanlı tələbələrin Nəsiminin şeirlərini əcnəbi dildə ifa etməsi də nəzərdə tutulub. Müsabiqənin əsas məqsədlərindən biri Nəsimi irsinin müasir humanist düşüncənin tələbləri kontekstində aktuallığının vurğulanması, milli mədəni-mənəvi dəyərlərin təbliğidir.

Qaliblər seçilmiş şeirin məzmuna uyğun jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə edilməsi, nitqin aydınlığı, səlisliyi və ifadəliliyi, təqdimetmə bacarığı, ifa üçün ayrılmış vaxta riayət edilməsi kimi meyarlara əsasən müəyyənləşdiriləcək. Müsabiqənin yekununda aprelin 20-i Beynəlxalq Muğam mərkəzində qaliblərin mükafatlandırılması mərasimi və qala konsert baş tutacaq. I, II, III yerlərin sahiblərinə diplom və pul mükafatı veriləcək. 

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

2 2019 14:39 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Avqust 2019 | 17:32
“Rast dünyası”

Köhnə versiyamızdan xəbərləri izlə