Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hindistan – Pakistan sərhədində gərginlik: ölənlər var

Hindistan – Pakistan sərhədində gərginlik: ölənlər var

Pakistanda təmas xəttinin Ravalakot (Pakistan) rayonundan keçən hissəsində atışma baş verib. Hindistan hərbçilərinin açdığı atəş nəticəsində Pakistan ordusunun üç hərbi qulluqçusu həlak olub, bir əsgər yaralanıb.

Milli.Az bu barədə oxu.az-a istinadən məlumat verir.

Rəsmi İslamabad Hindistan tərəfinin səbəbsiz şəkildə atəşkəsi pozduğunu və Pakistan ordusunun buna görə qarşılıq verdiyini açıqlayıb.

Hindistanın nəzarətində olan müsəlman çoxluğun yaşadığı yeganə ştat sayılan Kəşmirdə vəziyyət artıq uzun illərdir ki, gərgin olaraq qalır. Mübahisəli Kəşmir bölgəsinə Hindistan və Pakistanın ərazi iddiası var.

Rəsmi Dehli İslamabadı həmin bölgədə fəaliyyətdə olan terrorçuları və separatçıları dəstəkləməkdə ittiham edir. Pakistan qəti şəkildə bu iddiaları rədd edir.

 

 Anar Əliyev,
“Xalq qəzeti”

2 2019 12:33 -
18 May 2019 | 22:29
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə