Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BANM-da İstanbul Aydın Universitetinin rəhbərliyi ilə görüş

Bakı Ali Neft Məktəbində (BANM) İstanbul Aydın Universitetinin prezidenti Mustafa Aydın və onun rəhbərlik etdiyi nümayəndə heyətilə görüş keçirilib.

BANM-dan verilən məlumata görə, görüş zamanı BANM-ın rektoru Elmar Qasımov Ali Məktəbin fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verib. İstanbul Aydın Universitetinin rəhbəri Ali Məktəbi möhtəşəm kampus və yüksək ballı tələbələri olduğu üçün təbrik edib. Daha sonra Mustafa Aydın qurucusu olduğu Avrasiya Universitetlər Birliyinin (EURAS) fəaliyyəti və onun gördüyü işlər haqqında danışıb.

Bakı Ali Neft Məktəbinin də üzvü olduğu birliyin növbəti beynəlxalq sərgisindən danışan Mustafa Aydın Bakı Ali Neft Məktəbilə birgə Azərbaycan təhsilinin dünyada tanıdılması istiqamətində birgə planların reallaşdırılmasına hazır olduğunu bildirib. O, Ali Məktəbi hər il minlərlə dünya universitetlərinin qatıldığı və Şimalı Amerikada təşkil olunan NAFSA və digər təhsil sərgilərinə qatılmağa dəvət edib.

Görüş zamanı həmçinin universitetlər arası münasibətlərin inkişaf etdirilməsinə, tələbə mübadiləsi proqramlarına dair müzakirələr aparılıb.Tərəflər arasında həmçinin Azərbaycanı təhsil sektoru üzrə cazibə mərkəzi halına gətirmək, BANM-da beynəlxalq tələbə sayını artırmaq kimi məsələlərdən  bəhs olunub.

Nümayəndə heyəti BANM-ın kampusu ilə tanış olub.

 

Samirə Əliyeva,
"Xalq qəzeti”

2 2019 12:17 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə