Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsparta Universitetində görüş

İsparta Süleyman Dəmirəl  Universitetinin rəsmiləri ilə görüş zamanı Azərbaycan, Azərbaycan-Türkiyə münasibətləri, Qarabağ həqiqətləri ilə bağlı universitetdə tədbirlərin daha da artmasının vacibliyi və universitetdə təhsil alan  tələbələrlə bağlı müzakirələr keçirilib. Görüşdə iki qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluq ifadə olunub.

 Milli Məclisin deputatı Qənirə Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib. O, universitet rəsmilərinə və alimlərə Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib, bu istiqamətdə fikir mübadiləsi aparılıb və bu mövzularla bağlı millət vəkili tələbələr və universitetdə çalışan müəllimlər ilə geniş müzakirələr aparıb və rektorla görüşündə gənclərlə bu mövzular ətrafında daha çox görüşlərə, konfranslara ehtiyac olduğunu deyib.

Qənirə Paşayeva İsparta Süleyman Dəmirəl  Universitetinin rəsmilərinə Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, kitablar, filmlər, həmçinin özünün həmmüəllifi olduğu kitablar hədiyyə edib.

O, həmçinin İspartada yaşayan və təhsil alan bir sıra azərbaycanlılarla da görüşüb. Deputat Azərbaycanın bu vilayətdə təbliği və Qarabağ həqiqətlərinin burada daha geniş yayılmasında onların üzərinə böyük vəzifələr düşdüyünü xüsusi vurğulayıb. Q.Paşayeva İsparta aydınları, QHT və KİV rəhbərləri, qadın və gənclər təşkilatları ilə də görüşüb və Qarabağ həqiqətlərinin daha geniş yayılması ətrafında müzakirələr aparıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

2 2019 11:44 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə