Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsveçrə Konfederasiyasının Prezidenti zati-aliləri cənab Alan Berseyə

İsveçrə Konfederasiyasının Prezidenti zati-aliləri cənab Alan Berseyə
Hörmətli cənab Prezident!
İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə İsveçrə arasındakı dostluq əlaqələrinin genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın dərinləşməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. 
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsveçrə xalqına daim əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 27 iyul 2018-ci il
1 2018 14:41 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə