Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda Tatarıstanın Xalq şairinin kitabı nəşr olunub

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) “Qardaş xalqlar ədəbiyyatı. Ustadlar” silsiləsindən növbəti kitab işıq üzü görüb. Bu Tatarıstanın Xalq şairi, görkəmli ictimai və dövlət xadimi, Tatarıstan Dövlət Şurasının Komitə başqanı, Dövlət Mükafatı laureatı Razil Vəliyevin şeirlər kitabıdır. Bu barədə kitabın layihə rəhbəri və baş redaktoru Əkbər Qoşalı məlumat verib.

Xalq şairi Razil Vəliyevin şeirlərini (rusca və tatarcadan) dilimizə tanınmış şair-publisist dr. Həyat Şəmi çevirib.

“XAN” nəşriyyatında gün üzü görmüş şeirlər kitabı “Payız yağmurları” adlanır.

Nəşrin məsləhətçiləri Milli Məclisin deputatı, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov və Tatarıstanda yaşayan soydaşımız İsmət Orucəliyev, rəyçiləri isə millət vəkili dr.Cavanşir Feyziyev və  millət vəkili dos.dr. Qənirə Paşayevadır. Kitaba dos.dr. Şəmil Sadiq ön söz yazıb.

Tatarıstanın Xalq şairinin kitabı Azərbaycanın aparıcı kitabxanalarının, tatar ədəbiyyatı üzrə tədqiqat aparan elm adamlarının ixtiyarına verilməklə yanaşı, Azərbaycanda və Tatarıstanda ustadın iştirakı ilə oxuculara təqdim ediləcək.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

2 2019 11:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə