Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı heykəltaraş Ukraynanın Xalq artisti oldu

Ukrayna Prezidentinin müvafiq sərəncamı ilə Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının dosenti, həmyerlimiz Katib Səfər oğlu Məmmədov "Ukraynanın Xalq artisti” fəxri adına layiq görülüb.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edək ki, azərbaycanlı heykəltaraş Katib Məmmədov Ukraynanın əməkdar rəssamı, Rusiya Rəssamlıq Akademiyasının akademiki, Fəxri incəsənət xadimi, Ukrayna Rəssamlar İttifaqının, "Ukrayna Azərbaycanlılar Konqresi"nin, Moskva Peşəkar Rəssamlar Yaradıcılıq Birliyinin üzvüdür.

Soydaşımızın əsərləri dünyanın müxtəlif ölkələrində muzeylərdə, qalereyalarda və şəxsi kolleksiyalarda saxlanılır.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

2 2019 10:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə