Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tural Gəncəliyev tarda “Qarabağ şikəstəsi” ifa edib

Tural Gəncəliyev tarda  “Qarabağ şikəstəsi” ifa edib

Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev öz tvitter hesabında milli tar ifaçılığına həsr edilmiş 2 dəqiqəlik videomaterial paylaşıb. İngilis dilində olan  videomaterialda  Tural Gəncəliyev milli tar ifaçılığından bəhs edib və Qarabağ musiqi  mühitində yetişmiş Sadıqcanın xüsusi xidmətləri, Şuşa musiqi mühiti barədə məlumat verib. O, işğaldan sonra Şuşada mövcud olan mədəni tarixi binaların, o cümlədən Şuşa musiqi məktəbinin ermənilər tərəfindən dağıdıldığını bildirib. Muğam Mərkəzində çəkilmiş videoda Tural Gəncəliyev özü də tar ifa edib. O, videosunu “Qarabağ şikəstəsi”ni ifa etməklə yekunlaşdırıb.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

1 2019 17:15 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
6 Dekabr 2019 | 12:16
İstiqlal Muzeyində tədbir

Köhnə versiyamızdan xəbərləri izlə