Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qurumuş ağaclar yeniləri ilə əvəzlənib

Qurumuş ağaclar  yeniləri ilə əvəzlənib

“Bu yaz özün bir təbiət yarat!” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində Bakı şəhərində yaşıllıqların artırılması, onun estetik görünüşünün daha da gözəlləşdirilməsi, qurumuş və təhlükə yaradan ağacların yenisi ilə əvəzlənməsi aksiyası keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə,Bakı şəhər İcra Hakimiyyəti ilə birgə keçirilən  aksiya zamanı Səbail, Nəsimi və Yasamal rayonlarının Şeyx Şamil, Səid Rüstəmov, İstiqlaliyyət, Əhməd Cavad, Lermontov, Zərifə Əliyeva və Murtuza Muxtarov küçələrində  qurumuş və təhlükə yaradan ağacların yerinə xan çinarı, şam, sərv ağacları əkilib.

ETSN vətəndaşlardan xahiş edir ki, qurumuş və təhlükə yaradan ağaclarla bağlı Nazirliyin 168 nömrəli “Qaynar xətt” inə məlumat versinlər.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

1 2019 16:43 - EKOLOGİYA
EKOLOGİYA

Köhnə versiyamızdan xəbərləri izlə