Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Salyanda heyvanlar arasında müayinə tədbirləri davam etdirilir

Salyanda heyvanlar arasında müayinə tədbirləri davam etdirilir

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir ki, 2019-cu ilin yanvar ayının ilk günlərindən başlayaraq Salyan rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır. Hazırda ölkədə olduğu kimi, Salyan rayonunda da "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. Bu tədbirlər Salyan Rayon Baytarlıq İdarəsinin 17 sahə baytarlıq məntəqəsi tərəfindən rayonun bütün 48 kənd və 2 qəsəbəsində aparılır.

Hazırda Salyan Rayon Baytarlıq İdarəsi tərəfindən kəndli (fermer) heyvandarlıq təsərrüfatlarında saxlanılan holştein-friz cinsli və yerli iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyi əleyhinə peyvəndləmə aparılıb. Eləcə də həmin təsərrüfatlarda ilin əvvəlində qarayara xəstəliyi əleyhinə profilaktik tədbir icra edilib. Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə qanın seroloji müayinəsi üçün laboratoriyaya göndərilib. .

2019-cu ildə “quş qripi”nə görə keçirilən 2 seromonitorinqlər zamanı rayonun ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarında xəstəliyin törədicisi aşkarlanmayıb.

Rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. Hazırda peyvəndləmə tədbirləri davam etdirilir. Tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir.

Salyan rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək.   

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. 

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

1 2019 16:06 - SƏHİYYƏ
SƏHİYYƏ
24 İyul 2019 | 15:08
Diabet xəstəliyi və soğan

Köhnə versiyamızdan xəbərləri izlə