Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş anım tədbiri keçirildi

31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş anım tədbiri keçirildi

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən 16 nömrəli kitabxana filialında 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Unudulmaz faciə” mövzusunda anım günü keçirildi. Tədbirdə 38 nömrəli orta məktəbin müəllimləri və 6-7 sinif şagirdləri iştirak edirdilər. Tədbiri açıq elan edən kitabxananın müdiri Lyudmila Axundova  31 mart 1918-ci ildə baş vermiş azərbaycanlıların soyqırımı haqıında məlumat verdi.

Sonra məktəbin tarix müəllimi Təranə İbrahimova, kitabxananın fəal oxucusu, GDU-nun tələbəsi Sevda Məmmədova soyqırımla bağlı çıxış etdilər.

Sonda soyqırım ilə bağlı video görüntülər nümayiş etdirildi.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

1 2019 15:12 - 31 MART
31 MART

Köhnə versiyamızdan xəbərləri izlə