Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ekspert: Liderlərin Vyana görüşü ilə Azərbaycan-Ermənistan danışıqlar formatına dəyişməz xarakter verildi

Ekspert: Liderlərin Vyana görüşü ilə Azərbaycan-Ermənistan danışıqlar formatına dəyişməz xarakter verildi

Martın 29-da Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Vyana görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda yaranmış uzunmüddətli fasiləni aradan qaldırmaq və mahiyyətli müzakirələr üçün yeni mərhələ açmaq baxımından çox əhəmiyyətlidir.

Bunu "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib ki, son bir ildəki proseslərin təhlili göstərir ki, bu müddətdə Ermənistan tərəfi bir sıra mülahizələr və ideyalarla əslində danışıqlar prosesində fasilə yaranmasına səbəb oldu və regionumuzda dayanıqlı sülh üçün çox vacib şərt olan status-kvonun dəyişməsinə yönəlik substantiv danışıqların başlanmasına faktiki mane oldu: "Ermənistan bundan əvvəl 2016-cı ilin aprelində də məlum hadisələri əsas gətirərək uzun müddət danışıqların bərpasına mane oldu və danışıqların bərpası üçün qəbuledilməz şərtlər irəli sürdü. O zaman da, indi də Azərbaycan diplomatiyası və şəxsən Prezident İlham Əliyev çox uğurlu diplomatik fəaliyyətlə qarşı tərəfi qeyd-şərtsiz danışıqlar masasına qayıtmağa məcbur etdi və mahiyyətli sülh müzakirələrində ziyanlı fasilənin yaranmasının qarşısını aldı. Vyana görüşünün mühüm cəhətlərindən biri indiyə qədər müxtəlif görüşlərdə - Sankt-Peterburqda, Düşənbədə və digər şəhərlərdə əldə edilən razılaşmaların aktuallaşdırılması və yenidən icraya qaytarılmasıdır. Ən böyük nəticələrdən biri danışıqlar formatının dəyisdirilməsi cəhdlərinə birfəfəlik son qoyulması və illərdən bəri formalaşmış Azərbaycan-Ermənistan danışıqlar formatına dəyişməz xarakter verilməsidir".

A.Quliyev bildirib ki, Azərbaycan diplomatiyasının ciddi səyləri nəticəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin və bir sıra Avropa strukturlarının formatın dəyişməzliyi barədə konkret mövqeyi Ermənistanın siyasətinə öz təsirini tam göstərdi: "Azərbaycan Prezidentinin TASS agentliyinə müsahibəsində substantiv danışıqlar üçün real şəraitin və mərhələnin yetişdiyini elan etməsi müstəsna tarixi əhəmiyyət daşıyır. Birbaşa dialoqun davam etdirilməsi barədə razılaşma Vyanadan başlayan yeni mərhələnin uzunmüddətli və real məzmunlu olacağını söyləməyə əsas verir. Vyana görüşü BMT qətnamələri və Helsinki Yekun Aktının mühüm prinsiplərinin fəal danışıqlar masasında yerinin və gücünün daha da möhkəmlənməsinə böyük imkan açdı. Bu istiqamətdə ərazi bütövlüyü və sərhədlərin dəyişməzliyi kimi Azərbaycan üçün müstəsna əhəmiyyətli və ədalətli prinsiplərin əsas götürüldüyünü də əlavə etsək, Vyana danışıqları Azərbaycan diplomatiyasının böyük uğurudur".

Vyana danışıqlarının  Azərbaycanın Qarabağ platforması əsasında aparılmasının bütün əlamətləri ortadadır: "Bu görüşün daha real nəticələri xarici işlər nazirlərinin növbəti müzakirəsində özünü daha aydın şəkildə göstərəcək. Birbaşa dialoqun davam etdirilməsi barədə razılaşma Ermənistanın bundan sonra əsas kursdan yayınmaq niyyətlərinin qarşısını almaq baxımından da əhəmiyyətlidir".

1 2019 15:03 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə