Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağac kəsən şəxs cəzalanıb

Ağac kəsən şəxs cəzalanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Astara rayonu Kələdəhnə yaşayış massivində köküstə yaş 8-40 sm diametrliyində  müxtəlif cinsli ağacların kəsildiyi aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, araşdırma zamanı ağacların Astara şəhər sakini Mahir Məmmədov tərəfindən kəsildiyi və təbiətə 9080 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktla bağlı təqsirkar şəxs barəsində akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Astara Rayon Prokurorluğuna  göndərilib.      

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

1 2019 14:31 - EKOLOGİYA
EKOLOGİYA

Köhnə versiyamızdan xəbərləri izlə