Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Edam günü” bədii filminin növbəti uğuru

“Edam günü” bədii filminin növbəti uğuru

“Edam günü” tammetrajlı bədii filmi Los Ancelesdə keçirilən “Awareness Film Festival”da final mərhələsinə qədər yüksəlib.

Bu barədə filmin ssenari müəllifi və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib. O bildirib ki, ekran əsərinə yaxın vaxtlarda geniş tamaşaçı kütləsinin baxmaq imkanı olacaq:

“Biz filmin tam fərqli yayım siyasətini qurmağa çalışdıq. “Edam günü” filmində hadisələr sovet dövrünün son illərində həbsxanada cərəyan edir. Mən həbsxana mövzusuna iki əks qütbə ziddiyyətli kontekstdən baxaraq,  orijinal yanaşma təqdim etmişəm”.

C.Qasımov deyib ki, bu filmin çəkilməsinin əsas məqsədi gənclərin içindəki istedadı üzə çıxarmaq, onların qabiliyyətini geniş kütləyə göstərməkdir.

“Ekran əsərində məhkum olunmuş bir dustağın kamerada yaşadığı həyəcanlı anlar əks olunub. Filmin ssenarisini yazarkən Bayıl həbsxanasında keçmiş sovet dövründə çalışmış işçilərlə görüşüb maraqlı məlumatlar toplamışam”, - deyə ssenari müəllifi bildirib.

Filmdə baş rollarda Rövşən Kərimduxt, Sabir Məmmədov, Məmməd Əliyev, Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və digərləri çəkiliblər. Filmin quruluşçu operatoru Mehdi Yaqubovdur. “SPP Production” tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 95 dəqiqədir.

Qeyd edək ki, bu ekran əsəri son on ayda 15 beynəlxalq festivalın uğuru olub.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

1 2019 12:57 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə