Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rəcəb Tayyib Ərdoğan: Xalq öz iradəsini ifadə etdi

Rəcəb Tayyib Ərdoğan: Xalq öz iradəsini ifadə etdi

Türkiyədə bələdiyyə seçkiləri demokratik şəraitdə keçdi, xalq öz iradəsini ifadə etdi.

Bunu İstanbulda KİV-lər üçün açıqlamasında ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Prezident qeyd edib ki, o, Ankaraya yollanır və orada nitqlə ilə çıxış edəcək: "Mən orada seçkilərin nəticələrini şərh edəcəm".

Ərdoğan bildirib ki, seçkilərin ilkin nəticələrinə görə Ədalət və İnkişaf Partiyasının (AK Parti) Milli Hərəkat Partiyası (MHP) ilə tandemi irəlidədir.

Türkiyə prezidentinin sözlərinə görə, onun başçılıq etdiyi Ədalət və İnkişaf Partiyası ölkənin müxtəlif hissələrində həm qalib gəlib, həm də məğlub olub: "Bu da, öz növbəsində demokratiyanın göstəricisidir"

1 2019 12:52 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə