Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Polkovnik Eray Güclüer: Ermənistan müdafiə nazirinin açıqlaması bu dövlətin terrorçu mahiyyətinin göstəricisidir

Polkovnik Eray Güclüer: Ermənistan müdafiə nazirinin açıqlaması bu dövlətin terrorçu mahiyyətinin göstəricisidir

Ermənistan müdafiə naziri David Tonoyanın Nyu-Yorkda erməni icması ilə görüşdə “ərazilər əvəzinə sülh formatını dəyişərək yeni ərazilər uğrunda yeni müharibə prinsipinə üstünlük verəcəyik. Biz hücum bölmələrinin sayını artıracağıq ki, döyüş əməliyyatlarını düşmən ərazisində apara bilək” fikrini səsləndirməsi təkcə erməni xislətinin deyil, Ermənistan dövlətinin terrorçu mahiyyətinin göstəricisidir. Nazirin belə məsuliyyətsiz çıxışına yalnız bir ad vermək olar: sərsəmləmə.

Bu fikirləri türkiyəli hərbi ekspert, ehtiyatda olan polkovnik Eray Güclüer AZƏRTAC-a müsahibəsində deyib.

Ekspert bildirib ki, Ermənistanın baş naziri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara məcbur edildiyi bir vaxtda bu ölkənin müdafiə nazirinin məsuliyyətsiz bəyanat verməsi təcavüzkar ölkə hakimiyyətinin siyasi riyakarlığının göstəricisidir. “Nazir David Tonoyan yaxşı bilir ki, kənar güclərin təsirindən çıxa bilməyən Ermənistanın ordusundan fərqli olaraq, Azərbaycan Silahlı Qüvvələri ən müasir səviyyədə inkişaf edib və regionda ən güclü ordudur. D.Tonoyanın Nyu-Yorkdakı açıqlaması xarici ölkələrdəki ermənilərə təsir etmək və erməni diasporundan ianə qoparmaq cəhdindən başqa bir şey deyil. Yaxşı olar ki, Ermənistanın indiki hakimiyyəti ölkəni acınacaqlı günə salan digər siyasətçilərin aqibətindən ibrət dərsi götürsün”, - deyə türkiyəli hərbi ekspert bildirib.

 

Sabir Şahtaxtı,
AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

1 2019 12:09 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə