Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qazaxda heyvanlar arasında profilaktik peyvəndləmə aparılır

Qazaxda heyvanlar arasında profilaktik peyvəndləmə aparılır

Cari ilin ilk günlərindən başlayaraq Qazax rayonunda kənd təsərrüfatı heyvanları arasında “Epizootiya əleyhinə profilaktik və diaqnostika tədbirlər planı“ na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlərə start verilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) bildirir ki, hazırda rayon ərazisində tədbirlər davam etdirilir və cari ilin müvafiq dövrü ərzində Qazax Rayon Baytarlıq İdarəsi tərəfindən xəstəlikləri aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə iribuynuzlu heyvanlardan qan nümunəsi alınaraq seroloji müayinə edilib.

Fevral ayından isə Qazax rayonunda heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri başlanılıb. Rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir “ rejiminə riayət olunmaqla həyata keçirilir.

Qazax rayonunda bundan sonra isə ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda bruselyoz, leptospiroz, nodulyar dermatit, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında bruselyoz və epididimit xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə qoçlardan qan nümunələrinin alınması, eləcə də iribuynuzlu heyvanda vərəmə və təkdırnaqlı heyvanlarda manqoya görə diaqnostik müayinələrin aparılması nəzərdə tutulub.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimatlar və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

1 2019 11:57 - SƏHİYYƏ
SƏHİYYƏ
5 Dekabr 2019 | 15:02
Bakıda unikal əməliyyat

Köhnə versiyamızdan xəbərləri izlə