Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 134 Bakı şəhəri, 28 mart 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 may tarixli 146 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mühəndis-axtarış işlərinin yerinə yetirilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə
“Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanının 2.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 may tarixli 146 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 573; 2015, № 11, maddə 1418; 2016, № 10, maddə 1711; 2018, № 8, maddə 1803) ilə təsdiq edilmiş “Mühəndis-axtarış işlərinin yerinə yetirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 3.1-ci bənddə “Müvafiq” sözü “Bu Qaydaların 3.2-1-ci bəndi ilə müəyyən olunan hal istisna olmaqla, müvafiq” sözləri ilə əvəz edilsin.
2. 3.2-ci bənddən “bütün” sözü çıxarılsın. 
3. Aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilsin:
“3.2-1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 89.1.1-89.1.4-cü, 89.1.6-cı və 89.1.7-ci maddələrində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin layihələndirilməsi məqsədləri üçün mühəndis-axtarış işləri haqqında tərtib edilmiş proqramın layihəsinin razılaşdırılması və sonradan həmin işlərin nəticələrinə dair hesabata rəyin alınması tələb olunmur.”.
4. 3.6-cı bənddə “3.1-3.5-ci” sözləri “3.1-ci, 3.2-ci və 3.3-3.5-ci” sözləri ilə əvəz edilsin.
5. 3.8-ci bənddə “3.1-3.6-cı” sözləri “3.1-ci, 3.2-ci və 3.3-3.6-cı” sözləri ilə əvəz edilsin.
6. 3.11-ci bəndə “Mərkəz” sözündən əvvəl “Bu Qaydaların 3.2-1-ci bəndi ilə müəyyən olunan hal istisna olmaqla,” sözləri əlavə edilsin.
 
 
Novruz MƏMMƏDOV 
Azərbaycan Respublikasının Baş naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə