Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ekologiya və Təbii Sərvətlər naziri Ağsu şəhərində vətəndaşları qəbul edib

Ekologiya və Təbii Sərvətlər naziri Ağsu şəhərində vətəndaşları qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Ekologiya və Təbii Sərvətlər naziri Ağsu  şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Ağsu, Ucar, Kürdəmir, Şamaxı, Qobustan və Göyçay  rayonlarının vətəndaşlarını qəbul edib. 

Qəbuldan əvvəl nazir Muxtar Babayev və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı  Ənvər Seyidəliyev  Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə,qəbul zamanı meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib.

Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. 

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

30 2019 17:18 - EKOLOGİYA
EKOLOGİYA
2 Noyabr 2019 | 16:48
Xəbərdarlıq

Köhnə versiyamızdan xəbərləri izlə