Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Samuxda 31 Mart – Azərbaycanlıların Soyqrımı Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Samuxda 31 Mart – Azərbaycanlıların Soyqrımı Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Soyqrımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edildikdən sonra soyqrıma həsr edilmiş film nümayiş etdirilmişdir.

Sonra rayon icra hakimiyyətinin başçısı Alı Qocayev çıxış edərək demişdir ki, 31 mart soyqırım Günü 1998-ci ildən  qeyd olunur. Bu, Azərbaycan xalqı və dövlətçiliyimizin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın daha bir təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsrin ən faciəli və dəhşətli   səhifələrindəndir. Ölkəmiz müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər artıq açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.      

Rayon rəhbəri qeyd etmişdir ki,Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı yalnız Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra açıb bütün dünyaya yaymaq mümkün olmuşdur.

Daha sonra Samux  şəhər 3  saylı  tam  orta məktəbin  müəllimi Gülarə Cabbarova çıxış etmiş, bir sıra tarixi faktları tədbir iştirakçılarının diqqətinə çatdırmış və demişdir ki, Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.

İnstitut  qəsəbə tam orta məktəbin müəllimi Dilarə Əsgərova isə Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanların siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaratdığını bildirmişdir. O demişdir ki, xalqımıza qarşı aparılan soyqırımı siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar sovet mətbuatında ermənilər tərəfindən təhrif olunmuş və ictimai fikir çaşdırılmışdır.

 

Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri

30 2019 16:14 - 31 MART
31 MART

Köhnə versiyamızdan xəbərləri izlə