Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT Baş katibi Azərbaycan və Ermənistan rəhbərlərinin öhdəliklərə sadiq qalmasını alqışlayır

BMT Baş katibi Azərbaycan və Ermənistan rəhbərlərinin öhdəliklərə sadiq qalmasını alqışlayır

BMT-nin Baş katibi Antonio Quterreş ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında martın 29-da Vyanada baş tutmuş görüşü alqışlayır.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlimatda deyilir ki, Baş katib ölkə rəhbərlərinin sülhə şərait yaradan mühitin əldə olunması və uğurlu danışıqların aparlması üçün əlavə tədbirlərin görülməsinə önəm vermələrini müsbət qarşılayır. O, həmçinin atəşkəsin gücləndirilməsi, humanitar problemlərin aradan qaldırılması, eləcə də münaqişənin sülh yolu ilə həlli üçün dialoqun davam etdirilməsinə dair ölkə rəhbərlərinin öz öhdəliklərinə sadiq qalmasını alqışlayır.

A.Quterreş ATƏT-in Minsk qrupu həmsədrlərinin vacib vasitəçilik rolunu yüksək qiymətləndirir və onların davamlı səylərinə BMT-nin tam dəstəyini bəyan edir.

 

“Xalq qəzeti”

30 2019 14:35 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə