Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 125                  Bakı şəhəri, 27 mart 2019-cu il

 

“Lisenziya və ya icazə verən orqanların lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün son müddətlər”in, “Lisenziyalar və icazələr” portalına inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısı və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün son müddətlər”in və “İnformasiya sistemlərinin “Lisenziyalar və icazələr” portalına inteqrasiyası üçün texniki tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 615 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 429 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə və 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 615 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2560; 2018, № 11, maddə 2433, № 12 (II kitab), maddə 2726; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 21 yanvar tarixli 21 nömrəli Qərarı) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Lisenziyalar və icazələr” portalına inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısı və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün son müddətlər”in cədvəlinə aşağıdakı məzmunda 12.2-ci bənd əlavə edilsin:

 

12.2.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi

 - Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən sənədlər haqqında məlumatlar

1 may

2019-cu il

 

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri 

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə