Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətəndaşlara müxtəlif cinsli ağac tingləri paylanılacaq

Vətəndaşlara müxtəlif cinsli ağac tingləri paylanılacaq

Ölkə rəhbərliyinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Bu yaz özün bir təbiət yarat!” devizi altında keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara müxtəlif cinsli ağac tingləri paylanılacaq.

2-10 aprel 2019-cu il tarixlərində Bakıda və bölgələrdə keçiriləcək aksiyalarda vətəndaşlara müxtəlif cinsli ağac tinglərinin əkilməsi və qulluq göstərilməsi qaydalarına dair Nazirliyin mütəxəssisləri tərəfindən tövsiyələr veriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə,ağac tinglərinin paylanılması aksiyası 2 aprel 2019-cu il tarixində Bakının Nəsimi rayonunda Koroğlu parkının, Binəqədi rayonunda Zərifə Əliyeva parkının qarşısında saat 11:00-dan 13:00-dək, Yasamal rayonunda  Azərsu parkının qarşısında saat 13:00-dan 15:00-dək, Gəncədə Kəpəz bələdiyyəsinin, Şəkidə isə Axundov bağının qarşısında saat 11:00-dan 13:00-dək keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşları aksiyalarda fəal iştirak etməyə, ağac əkməyə və qorumağa çağırır.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

29 2019 17:36 - EKOLOGİYA
EKOLOGİYA
2 Noyabr 2019 | 16:48
Xəbərdarlıq

Köhnə versiyamızdan xəbərləri izlə