Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri arasında görüş başlayıb

Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri arasında görüş başlayıb

Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

Bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “twitter” səhifəsində yazıb.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələləri müzakirə olunur.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq Dağlıq Qarabağ münaqişəsinin mövcud format əsasında həllini dəstəkləyir.

 

“Xalq qəzeti”

29 2019 15:09 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə