Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Mən səninləyəm, Ana Vətən!"

Aprelin 2-də Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Mən səninləyəm, Ana Vətən” bədii- sənədli filmin təqdimat mərasimi keçiriləcək.

Film 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olan manqa komandiri Əbdülməcid Axundova həsr olunub.

Filmin ideya müəllifi Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Mehman Şükürov, prodüsseri Xəqani Haşımov, quruluşçu rejissoru Elşən Zeynallıdır.

Ekran əsərində ana obrazını şəhidin anası Ceyran Axundova canlandırıb.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

29 2019 11:23 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
6 Dekabr 2019 | 12:16
İstiqlal Muzeyində tədbir

Köhnə versiyamızdan xəbərləri izlə