Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çexiyada Azərbaycan “ANİMAFİLM” festivalı ilə bağlı tədbir

Çexiyada Azərbaycan “ANİMAFİLM” festivalı ilə bağlı tədbir

1-ci ANİMAFİLM Festivalının təşkilatçıları festivalın nəticələrinə bir daha nəzər salmaq, gələn festivaldan danışmaq və ən əsası, Azərbaycan animasıyasını tanıtmaq məqsədilə Praqa şəhərində "ANİMAFİLM” I Bakı Beynəlxalq Animasiya Festivalının əks-sədası adlı tədbir keçiriblər.

Təşkilatçılardan Trend-ə verilən məlumata görə, tədbir şəhərin "Kino Pilotů” kinoteatrında baş tutub. Tədbirdə ən yaxşı xarici və Azərbaycan cizgi filmləri nümayiş etdirilib və xaricdə ilk dəfə "Azərbaycan animasiyası” kitabı təqdim olunub. Tədbirdə tək Azərbaycandan deyil, bir sıra xarici ölkələrdən də qonaqlar iştirak edib. Əsas iştirakçılar isə təbii ki, Çexiya animasiyası mütəxəssisləri olub, demək olar ki, Çexiyanın bütün sanballı animasiya icması bu tədbirdə iştirak ediblər. Tədbir ilk növbədə Azərbaycan və Çexiya animasiyası arasında münasibətləri daha da yaxınlaşıb və animatorlarımız arasında birbaşa dialoq yaradıb. Tədbirdə hazırda Rusiyada çalışan animasiya ustadı rejissor Cahangir Süleymanov və Almaniyadan Azərbaycanda ən çox "Tıq-tıq xanım” multfilminin rejissoru kimi məşhurlaşmış animasiya ustadı Məsud Pənahi xüsusilə fərqləniblər. Tədbirin gedişində bu rejissorların çıxışlarından sonra onların cizgi filmləri nümayiş etdirilib.

Əminliklə demək olar ki, bu festival Azərbaycanın mədəniyyət tarixində bir iz buraxıb. Tədbirin təşkilatçısı "ANİMAFİLM”in direktoru Rəşid Ağamalıyevdir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

29 2019 10:43 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə