Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“The Washington Times”: “Ermənistan Qarabağı qaytarmalı və vassal dövlət olmağa son qoymalıdır

“The Washington Times”: “Ermənistan Qarabağı qaytarmalı və vassal dövlət olmağa son qoymalıdır

“The Washington Times” qəzetində “Jewish News Syndicate” nəşrinin sabiq baş redaktoru Ceykob Kamarasın “Ermənistanda “məxməri inqilabın” hüdudlarından kənarda” sərlövhəli məqaləsi dərc olunmuşdur. 

Müəllif Ermənistanda baş vermiş “məxməri inqilaba” və onun nəticələrinə toxunaraq xatırladır ki, tezliklə həmin hadisənin bir ili tamam olacaq. Ötən ilin aprelində Nikol Paşinyan hakiməyyətə nəzarəti ələ alaraq hərbi komandirlərdən ibarət “köhnə qvardiyanı”,  keçmiş SSRİ-yə və Rusiyaya yaxın məmurları kənarlaşdırdı.

Avropa ölkələrindəki və  ABŞ Konqresindəki ermənipərəstlər Paşinyanın ünvanına mədhiyyələr yağdırdılar. Lakin milli təhlükəsizlik üzrə müşavir Con Boltonun bu yaxınlarda regiona səfərindən sonra Ağ ev də, Dövlət Departamenti də çox skeptik əhval-ruhiyyədədirlər.

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Ermənistana səfərdən sonra belə bir mövqedədir: Cənubi Qafqaz Birləşmiş Ştatlar üçün mühüm strateji əhəmiyyət kəsb edir. Azərbaycan və Gürcüstan ABŞ-ın sabit və etibarlı müttəfiqləridir, Ermənistan isə öz suverenliyini əvvəllər olduğu kimi Rusiyaya həvalə etdiyindən bu “mötəbər kluba” daxil ola bilmir.

Bolton inanır ki, uğur qazanmağın açarı Dağlıq Qarabağ probleminin həllindədir, yalnız bu münaqişənin həlli Ermənistanı transformasiya edərək müstəqillik, modernləşmə və çiçəklənmə yoluna çıxara bilər. Yeri gəlmişkən, elə Nikol Paşinyanın da baş nazir olmaq üçün verdiyi əsas vədi bu idi.

Müəllif yazır: “Ekspertlər belə hesab edirlər ki, Cənubi Qafqaz regionu özünün bütün potensialını bu üç ölkənin birgə iştirakı sayəsində reallaşdıra bilər. Beləliklə, Ermənistan Qarabağda müharibəni dayandırmalı və vassal dövlət olmağa son qoymalıdır”. 

Kamaras qeyd edir ki, Ermənistanın inkişafdan geri qalmasının, dərinləşmiş səfalətin, beyin axınının, ölkənin Rusiya və İrandan asılılığının bilavasitə səbəbi də Dağlıq Qarabağ münaqişəsidir.

Kamarasın fikrincə, çoxları Ermənistanın Rusiya və İranla alyansdan çıxmaq perspektivini, Cənubi Qafqazdakı qərbyönümlü qonşuları kimi iqtisadi islahatlar yoluna qədəm qoymasını yüksək dəyərləndirərdi.

Müəllif yazır: “Ermənistan öz qonşularına -- neft və qazla zəngin Azərbaycana və təşəbbüskar Gürcüstana bənzəməklə böyük iqtisadi inkişafdan faydalana bilərdi... “Məxməri inqilabdan” bir il ötür, lakin Paşinyanın erməni xalqına, beynəlxalq ictimaiyyətə verdiyi vədlərin yerinə yetirilməsi istiqamətində hansısa cüzi irəliləyiş belə əldə olunmayıb”.   

Məqalənin sonunda Kamaras Ermənistanın energetika sektorunun Rusiya oliqarxlarının əlində olmasını və Paşinyanın baş nazir kimi dəfələrlə Rusiyaya səfər etməsini ciddi tənqid edir. 

 

"Xalq qəzeti”

28 2019 17:29 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə