Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qətibə İnanc” yenidən səhnədə

“Qətibə İnanc” yenidən səhnədə

Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Qətibə İnanc” tamaşası nümayiş olunacaq.

İkihissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədovdur.

Səhnə əsərində Xalq artisti Bəsti Cəfərova (Qətibə İnanc) və Sabir Məmmədov (Nizami), aktyorlar Rüstəm Rüstəmov (Qızıl Arslan), İlyas Əhmədov (Fəxrəddin), Əməkdar artist Kazım Abdullayev (Toğrul), aktrisalar Şəhla İsmayılova (Səba), Fidan Cəfərova (Gənc Qətibə), aktyor Elnur Qədirov (Qutluğ), Əməkdar artistlər Mirzə Ağabəyli və Elxan Quliyev (Vəzir), aktyor Cümşüd Zeynalov (Zindan keşikçisi), Əməkdar artistlər Məzahir Cəlilov (Qazı), Rövşən Kərimduxt (Hüsaməddin) və Əlvida Cəfərov (Saray əyanı) iştirak edəcəklər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

28 2019 15:51 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
6 Dekabr 2019 | 12:16
İstiqlal Muzeyində tədbir

Köhnə versiyamızdan xəbərləri izlə