Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Alim Qasımovun fotoları UNESCO-nun igamətgahında asılacaq

Alim Qasımovun fotoları UNESCO-nun igamətgahında asılacaq

Azərbaycanı dünyada tanıdan xanəndə Alim Qasımovun məşhur fotoqraf tərəfindən çəkilmiş iriölçülü fotoları Fransanın dövlət, təhsil və mədəniyyət ocaqlarında asılacaq.

Fotolar Parisdə Fransada Azərbaycanın Dostları Assosiasiyasının və Fransanın Yaxın Şərq və Avropa üzrə Müasir İncəsənət İnstitutunun (SAPEM) təşkilatçılığı, Azərbaycan Respublikasının Fransadakı səfirliyi və Paris Azərbaycan Evinin dəstəyi ilə ərsəyə gəlmiş "Yeddi gözəl" musiqi layihəsi çərçivəsində hazırlanıb.

Azərbaycanlı musiqiçinin fotoları Fransanın müxtəlif təşkilatlarında, habelə Parisdə yerləşən Fransua Mitteran adına Dövlət Kitabxanasında, Konyak şəhərinin meriyasında, Fransa radiosunda, UNESCO-nun igamətgahında və digər binalarda asılacaq.

Fransada start verilmiş "Yeddi gözəl" musiqi layihəsinə 7 videoklip, Azərbaycanın dahi şairi Nizami Gəncəvinin sözlərinə yazılmış, A.Qasımovun ifasında "Qara torpaq" adlanan muğam musiqisindən ibarət disk, A.Qasımovun 12 fotosu, xanəndə haqqında kitab və mədəni tədbirlər daxildir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

28 2019 15:47 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
6 Dekabr 2019 | 12:16
İstiqlal Muzeyində tədbir

Köhnə versiyamızdan xəbərləri izlə