Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mourinyo “Monako”da?!

Portuqaliyalı məşqçi Joze Mourinyo Fransanın “Monako” komandasına rəhbərlik edə bilər. 56 yaşlı mütəxəssisin “Monako” ilə yanaşı, “Lion”un da baş məşqçisi ola biləcəyi ehtimal edilir. Lakin onun “Monako”da işləmək şansı daha yüksəkdir. Qeyd edək ki, Mourinyo karyerası ərzində Portuqaliyanın “Porto”, İtalyanın “İnter”, İngiltərənin “Çelsi” və İspaniyanın “Real” komandalarının baş məşqçisi olub. O, iki dəfə UEFA Çempionlar Liqasının qalibi, üçqat İngiltərə, ikiqat İtaliya və bir dəfə İspaniya çempionu olub. 
Məlumatı “L’equıpe” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

28 2019 00:01 - İDMAN
İDMAN
11 Avqust 2020 | 22:41
Mövsümün ən yaxşısı
7 Avqust 2020 | 22:14
Rekord təkrarlanıb

Köhnə versiyamızdan xəbərləri izlə