Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Yuventus” Mandzukiçlə müqaviləni yeniləyib

İtaliyanın “Yuventus” futbol klubu hücumçusu Mario Mandzukiçlə yeni müqavilə barədə razılığa gəlib. Bu barədə “Eurosport” məlumat yayıb.

Bildirilir ki, 32 yaşlı xorvatiyalı hücumçu ilə yeni müqavilə 2021-ci ilin yayınadək nəzərdə tutulub. Bu müqaviləyə əsasən, hücumçunun illik maaşı 5,5 milyon avro olacaq.

Qeyd edək ki, Mandzukiç 2015-ci ildə “Bavariya”dan Turin klubuna transfer olunub. Hücumçu cari mövsümdə “Yuventus” un heyətində keçirdiyi 29 oyunda 9 qol vurub.

 

E.ABBASOV,
“Xalq qəzeti”

27 2019 17:35 - İDMAN
İDMAN
11 Avqust 2020 | 22:41
Mövsümün ən yaxşısı
7 Avqust 2020 | 22:14
Rekord təkrarlanıb

Köhnə versiyamızdan xəbərləri izlə