Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Mərakeşə 25 qırıcı təyyarə satır

ABŞ Mərakeşə 25 qırıcı təyyarə satır

ABŞ Mərakeşə 25 qırıcı təyyarəni 3 milyard 787 milyon dollara satacaq. Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Mənbə qeyd edir ki, ABŞ Dövlət Departamenti “F-16D” və “C” versiyalarının “Blok 72” seriyasının Mərakeşə satışına razılıq verib.

ABŞ Müdafiə Nazirliyinin Müdafiə və Təhlükəsizlik Agentliyi Mərakeşə silah satışı üçün Konqresə müvafiq sənəd göndərib.

Sənəddə qeyd edilir ki, Mərakeş hökuməti 25 ədəd qırıcı təyyarə almaq istəyindədir və Dövlət Departamenti 3 milyard 787 milyon dollarlıq müqaviləyə razılığını ifadə edib.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

27 2019 17:32 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə