Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Karateçilərimiz Türkiyədən Vətənə 10 medalla dönüblər

Azərbaycan Aşihara Karate Federasiyasının idmançıları 22 martın 22-dən Türkiyənin Antalya şəhərində keçirilən Avrasiya çempionatında uğurla iştirak ediblər. 11 ölkədən 100-dən çox idmançının yarışdığı çempionatda karateçilərimiz 10 medal qzanıblar.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun “Eurasia diary” xəbər saytından aldığımız məlumatda bildirilir ki, Azərbaycan Aşihara Karate Federasiyasının idmançıları bu mötəbər turnirdə 6 qızıl, 3 gümüş, 1 bürünc medal qazanmaqla kürsünün ən yüksək pillələrində yer alıblar. 2002-ci ildən fəaliyyət göstərən federasiya indiyədək beynəlxalq yarışlarda ölkəmizi yüksək səviyyədə təmsil edərək yüksək nailiyyətlər əldə edib.

Xatırladaq ki, əlbəyaxa (ful kontakt) döyüş növü olan bu karate növünün inkişafı gənclərimizin sağlam, döyüşkən, mübariz ruhda formalaşması üçün geniş imkanlar açır.

 

Hazırladı:
R.TAHİR,

“Xalq qəzeti”

27 2019 17:12 - İDMAN
İDMAN
11 Avqust 2020 | 22:41
Mövsümün ən yaxşısı
7 Avqust 2020 | 22:14
Rekord təkrarlanıb

Köhnə versiyamızdan xəbərləri izlə