Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT-nin Colan yüksəkliklərinin statusu üzrə mövqeyi dəyişməz qalır

BMT-nin Colan yüksəkliklərinin statusu üzrə mövqeyi dəyişməz qalır

"RİA Novosti" xəbər verir ki, BMT-nin baş katibinin mətbuat katibi Stefan Cüjarrik bildirib ki, təşkilatın Colan yüksəkliklərinin statusu üzrə mövqeyi dəyişməz olaraq qalır.

S.Cüjarrik deyib: "Baş katib üçün aydındır ki, Colan yüksəkliklərinin statusu dayişməzdir. BMT-nin Colan yüksəklikləri üzrə mövqeyi Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində əks etdirilib".

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə danışıqlar çərçivəsində İsrailin Colan yüksəklikləri üzərində suverenliyinin tanınması barədə sənəd imzalayıb.

 

“Xalq qəzeti”

27 2019 11:58 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə