Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tereza Mey: Deputatların dəstəyi olmazsa, "Brexit" təhlükə altında qalacaq

Tereza Mey: Deputatların dəstəyi olmazsa,

Əgər Böyük Britaniya deputatları bu həftə Avropa İttifaqı ilə ölkənin bu qurumdan çıxması üzrə razılaşmanı dəstəkləməsələr "Brexit" uzun müddət ləngiyəcək və ya ümumiyyətlə baş tutmayacaq.

Böyük Britaniyanın baş naziri Tereza Mey deputatlara müraciətində bildirib: "Əgər İcmalar Palatası bu həftə Aİ-dən çıxmaq üzrə razılaşmanı dəstəkləməsə və razılaşmasız çıxmağa hazır olmasa, biz daha uzun möhlət haqqında fikirləşməli olacağıq, bu isə Böyük Britaniyanın Avropa Parlamentinə seçkilər keçirəcəyinə gətirib çıxaracaq və "Brexit"in baş tutacağına zəmanət verə bilməyəcəyik".

Baş nazir qeyd edib ki, Böyük Britaniya üçün doğru qərar mayın 22-nə qədər Avropa İttifaqı ilə razılaşmanı imzalayıb Avropa İttifaqını tərk etmək olar.

 

“Xalq qəzeti”

27 2019 11:18 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə