Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyalı ekspert: Paşinyan və komandası Ermənistan iqtisadiyyatını tamamilə çıxılmaz vəziyyətə salacaq

Rusiyalı ekspert: Paşinyan və komandası Ermənistan iqtisadiyyatını tamamilə çıxılmaz vəziyyətə salacaq

Ermənistanda korrupsiyanın tüğyan etməsi hamıya məlum olan faktdır və ölkədə sosial-iqtisadi vəziyyətin son dərəcə ağır olmasının əsas səbəblərindən biridir. Bunu Trend-ə açıqlamasında müstəqil iqtisadçı Sergey Volodin deyib.

Ekspertin sözlərinə görə, nə qədər ki Ermənistan hökumətində Akop Arşakyan kimi məmurlar var, ölkə onilliklər boyunca elə əvvəlki kimi acınacaqlı vəziyyətdə olacaq: "Hələ Sarkisyan rejimi dönəmində korrupsiya Ermənistanda sosial-iqtisadi həyatın ayrılmaz hissəsinə çevrilmişdi, lakin yeni hakimiyyətin gəlməsi ilə də faktiki olaraq heç nə dəyişmədi. Buna görə də baş korrupsionerlərin dövləti idarə etdiyi ölkədə hansısa tərəqqidən, firavanlıqdan danışmaq mənasızdır. Belə çıxır ki, baş nazir Paşinyanı indiki vəziyyət tam qane edir, çünki ətrafına korrupsiyaya qurşanmış məmurları yığıb. Buna görə də Ermənistanın nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Akop Arşakyanın KİV-in böyük narahatlığına səbəb olan iri investisiya layihəsinə veto qoymasına icazə verilməsi təəccüblü deyil".

27 2019 10:54 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə