Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zaur Məmmədov: Nazarbayevin əsasını qoyduğu xarici siyasi kurs onun xələfləri tərəfindən davam etdiriləcək

Zaur Məmmədov: Nazarbayevin əsasını qoyduğu xarici siyasi kurs onun xələfləri tərəfindən davam etdiriləcək

Nursultan Nazarbayevin Qazaxıstan Prezidenti vəzifəsindən istefa verməsi müdrik və uzaqgörən addımdır.

Bunu Trend-ə Bakı Politoloqlar Klubunun rəhbəri, siyasət elmləri namizədi Zaur Məmmədov deyib. Ekspert bildirib ki, N.Nazarbayev hər zaman beynəlxalq və regional əhəmiyyətli məsələlərdə prinsipial mövqə nümayiş etdirib: “Eyni zamanda, Qazaxıstan rəhbəri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini, ərazi bütövlüyünü və Azərbaycan sərhədlərinin toxunulmazlığını KTMT və Avrasiya İqtisadi Birliyi kimi təşkilatlarda dəstəkləyib. Bizim üçün Qazaxıstanın xarici siyasətində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanınması prinsipinə xüsusi yer verilməsi çox vacibdir”.

Z.Məmmədovun sözlərinə görə, Azərbaycanla Qazaxıstan arasında bütün sahələrdə sıx əməkdaşlıq formalaşıb: “Ölkələr arasında enerji və nəqliyyat əməkdaşlığı möhkəmlənir. Buraya Avropa-Qafqaz-Çin (TRACECA), Trans-Xəzər nəqliyyat marşrutu (Çin-Türkiyə-Avropa), Bakı-Tbilisi-Qars və digər layihələri əlavə edə bilərik”.

O xatırladıb ki, N.Nazarbayev ümummilli lider Heydər Əliyevlə birgə Azərbaycan-Qazaxıstan münasibətlərinin əsasını qoyub: "Ümidvaram ki, bu kurs Nazarbayevin xələfləri tərəfindən davam etdiriləcək".

27 2019 10:50 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə