Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 116    Bakı şəhəri, 19 mart 2019-cu il


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
“Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1593 nömrəli Fərmanının 3.9-cu bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 201 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 1111; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 26 fevral tarixli 64 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Nizamnaməsi”nin 6.1-ci bəndində “1.500.000 (bir milyon beş yüz min)” rəqəmləri və sözləri “2.040.124 (iki milyon qırx min yüz iyirmi dörd)” rəqəmləri və sözləri ilə əvəz edilsin.

 

Novruz MƏMMƏDOV 
Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə